Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO

Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO


25-09-2016, 19:26. Yazar: Xeberaz
Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Toy karvanında hərəkət edən "Niva" markalı avtomobil "VAZ 2107" markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. "Niva" markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO
Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO
Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO
Geri dön