Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes / Foto-fakt > Ebru Gündəş və Rza Zərrab boşanır - FOTO

Ebru Gündəş və Rza Zərrab boşanır - FOTO


25-09-2016, 14:12. Yazar: Xeberaz
Ebru Gündəş və Rza Zərrab boşanır - FOTO

22 martdan etibarən ABŞ-da həbsdə olan iranlı biznesmen Rza Zərrab vəkili vasitəsilə açıqlama yayıb.

"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrab həyat yoldaşı Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib:

"Ebru Gündəş 13 sentyabr 2016-cı ildə boşanmaq istədiyini vəkili vasitəsilə mənə bildirib. Boşanma prosesinin tez olması üçün üzərimdə təzyiq ediblər və 23 sentyabrda boşanma ərizəsini mənə göndəriblər".



Rza Zərrab çətin günlər yaşamasına baxmayaraq, həyat yoldaşının bu qərarını hörmətlə qarşıladığını deyib.

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.

Ebru Gündəş və Rza Zərrab boşanır - FOTO





Geri dön