Ana Sayfa > Karusel / Gündəm / M2 > Həyətdə it saxlayan şəxslər itin yemək və su qabını necə təmizləməlidirlər?

Həyətdə it saxlayan şəxslər itin yemək və su qabını necə təmizləməlidirlər?


25-09-2016, 01:58. Yazar: Xeberaz
Həyətdə it saxlayan şəxslər itin yemək və su qabını necə təmizləməlidirlər?

"Xəbəraz.az " bildirir ki, İslam şəriətinə görə, itin bədənindən ifraz olan hər cür rütubət murdardır. Hətta itin bədəni ilə yaş halda təmas edən hər şey murdar olur və paklanmalıdır. Həyətdə it saxlayan şəxslər hər şeydən əvvəl itin yemək və su qablarını əl-ayaqdan uzaq bir yerdə, ətrafdan izalə edilmiş şəkildə qoymalıdırlar. İtin su içdiyi və yemək yediyi qabı yumazdan qabaq mütləq təmiz torpaqla sürtmək lazımdır. Bunun üçün ovuca bir az təmiz torpaq alıb qabın hər yerini onunla yaxşıca sürtüb təmizləyirlər. Qabın ağzı dardırsa və içinə əl keçmirsə, torpağı qabın içinə töküb yaxşıca çalxalamaq, sonra torpağı boşaltmaq lazımdır. Qabın üzərində qalan torpağı yuyub təmizlədikdən sonra qabı pak su ilə yumaq lazımdır. Məsləhətdir ki, qabı istər krant, istər hovuz, istərsə də çay suyunda üç dəfə yusunlar. Yalnız bundan sonra həmin qab pak sayılır.
Geri dön