Ana Sayfa > Karusel / İdman / M2 > "Beşiktaş" son anda xilas oldu

"Beşiktaş" son anda xilas oldu


25-09-2016, 01:32. Yazar: Xeberaz
"Beşiktaş" son anda xilas oldu
Bu gün Türkiyə Super Liqasında iki İstanbul nəhəngi – “Beşiktaş” və “Qalatasaray” komandaları qarşılaşacaq.

Vodafon Arena stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Görüşü Türkiyənin məşhur hakimi Əli Palabıyık idarə edəcək.

Derbi matçdan əvvəl 10 xalı olan hər iki komanda turnir cədvəlində 2-ci, 3-cü yerləri bölüşür.

Qeyd edək ki, ölkəmizdə də maraqla gözlənilən matç Liq TV-də yayımlanacaq.

00:42

Son çempion “Beşiktaş” “Qalatasaray”la görüşdə 2 top fərqi ilə hesabda geri düşsə də, sonda meydandan xalla ayrılmağı bacarıb.

“Beşiktaş” - “Qalatasaray” 2:2

Qollar: Derdiyok, 8 (0:1) Bruma, 44 (0:2), Marselo, 73 (1:2), Tosun, 78 (2:2)

Geri dön