Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > Həftənin derbisinə sürpriz hakim

Həftənin derbisinə sürpriz hakim


21-05-2015, 20:35. Yazar: Fehrad
Həftənin derbisinə sürpriz hakim




Türkiyə Super Liqasında futbol həftəsinin ən önəmli oyununun hakimi bəlli olub. Xeberaz.az Apasport.az saytının məlumatına istinadən xəbər verir ki, qardaş ölkədə çempionluğun böyük ölçüdə həll olunacağı “Qalatasaray” – “Beşiktaş” derbisini Hüseyn Göçək idarə edəcək.

Super Liqanın 33-cü turu çərçivəsində baş tutacaq görüşə qədər Göçək bu iki komanda arasındakı bir görüşdə əsas söz sahibi olub.

2011/12 mövsümünün Super Finalı çərçivəsində Göçəkin idarə etdiyi oyunda “Qalatasaray” “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, bu həftəki derbidə Cüneyt Çakırın fit çalacağı gözlənilirdi, ancaq UEFA tərəfindən Çempionlar Liqası final oyunu üçün təyin olunmuş Çakırı TFF belə məsul görüşdə yormaq istəməyib.
Geri dön