Ana Sayfa > Karusel / Hadisə > DİQQƏTLİ OLUN! Marketlərdə bizi belə ALDADIRLAR

DİQQƏTLİ OLUN! Marketlərdə bizi belə ALDADIRLAR


24-09-2016, 14:17. Yazar: Xeberaz
DİQQƏTLİ OLUN! Marketlərdə bizi belə ALDADIRLAR

Bəzi marketlərdə alıcıları aldadırlar.

"Xəbəraz.az " xəbər verir ki, bəzi marketlərdə üzərində endirim yazısı olan mallarla alıcıları çaşdırırlar. Belə ki, bir-birinə yapışdırılmış iki malın üzərinə "ikisini alana filan qədər endirim" yazılan məhsullar əslində normadan daha baha qiymətə satılır.

Alıcılardan biri belə bir mesaj yollayıb.

"Marketdəki endirim rəfində 20 manatlıq yarım kiloluq çaydan əlavə paket alsaq, ikincisinin 50% endirimli olacağı yazılmışdı. Yəni ki, iki paket yarım kiloluq (ümumilikdə 1 kiloluq ) çay 30 manata başa gələcəkdi. Lakin eyni firmanın 1 kiloluq paket qiyməti digər rəfdə 26 manatdır. Marketin menecerini çağırdım. Mənə "nağıl" danışıb, bəhanələr gətirdi. Diqqətli olun. Malların üzərindəki rəqəmlərə fikir verin.milli.az
Geri dön