Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR

“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR


24-09-2016, 11:30. Yazar: Xeberaz
“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR


“Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla əalqədar 5 nəfər təcili yardıma müraciət edib.

Bunu azvision.az-a Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının müdiri Rauf Nağıyev deyib.

O qeyd edib ki, xəstələrdən 3-ə hadisə yerində yardım göstərilib. 2 xəstə isə ətrafların kəsilməsi dianqozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

***
10:08
"Xəbəraz.az "FHN-in saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
09.20
“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Şahidlərin verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən Publika.az-a bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR
Geri dön