Ana Sayfa > Karusel / Siyasət / Dünya > Gülən Türkiyəyə qayıtma şərtini açıqladı
Gülən Türkiyəyə qayıtma şərtini açıqladı23-09-2016, 20:43. Yazar: Xeberaz |
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan Fətullah Gülən bəyan edib ki, ABŞ Ankaranın onun ekstradisiyası ilə bağlı sorğusuna müsbət cavab verərsə, Türkiyəyə qayıtmağa hazırdır. "Xəbəraz.az "oxu.az-a istinadən bildirir ki, F.Gülən bu barədə ZDF telekanalına müsahibəsində deyib: "Əgər ABŞ müsbət cavab verərsə, mən gedəcəm, heç bir problem yoxdur". Qeyd edək ki, İstanbul məhkəməsi Fətullah Gülənin həbsi barədə qərar çıxarıb. Bundan sonra Türkiyə hökuməti ABŞ-a Gülənin ekstradisiyası ilə bağlı iki sorğu yollayıb. Geri dön |