Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Respublika Klinik Xəstəxanasında İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

Respublika Klinik Xəstəxanasında İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO


23-09-2016, 15:39. Yazar: Xeberaz
Respublika Klinik Xəstəxanasında İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

Bir müdət öncə 6 il qaraciyər serrozundan əziyyət çəkən 26 yaşlı Nahidə Həmzəyeva Səhiyyə Nazirliyinin qarşısında təkbaşına aksiya keçirib. Sosial şəbəkələrdə və ölkə mediasında böyük rezonas yaradan bu məlumatdan sonra nazirlik rəsmiləri N.Həmzəyevanın müalicə olunması üçün ona təklif olunan müəssisələrdən birində müalicəsinə başlaya bilməsi ilə bağlı açıqlama yaydı.

Bu kadrlarda Nahidə Həmzəyevanın Səhiyyə Nazirliyinin göndərişi əsasında Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında üzləşdiyi utancverici problemlər əksini tapır. Saat 15:30 radələrində xəstəxanada qaraciyər serrozu diaqnozu ilə göndərilən vətəndaşı “asma” xəstələrinin müalicə olunduğu palataya yerləşdirmək istəyirlər. Və ən maraqlısı budur ki, onları qarşılayan tibb bacısı bildirir ki, lüks palataları Lalə adlı təsərrüfat başçısı ilə Nabilə adlı şöbə müdiri “həll edir”. (reportyor.org)

"Xəbəraz.az " həmin kadrları təqdim edir.


Geri dön