Ana Sayfa > Karusel / Şou-Biznes > Elzadan gözlənilməz qərar: "Bütün dişlərimi qızıl etdirəcəm" - FOTO

Elzadan gözlənilməz qərar: "Bütün dişlərimi qızıl etdirəcəm" - FOTO


22-09-2016, 20:50. Yazar: Xeberaz
Elzadan gözlənilməz qərar: "Bütün dişlərimi qızıl etdirəcəm" - FOTO

"Xəbəraz.az " xəbər verir ki, ATV-də yayımlanan "10-dan sonra" verilişində maraqlı anlar yaşanıb. Elza Seyidcahan yenə də etdiyi açıqlamarlarla gündəmi zəbt edib. Belə ki, verilişin "İmic" rubrikasında qonaq olan iştirakçı qızıl dişlərini çıxardığına görə müğənni onu qınayıb:

"Vaxtilə mənim də 2 qızıl dişim vardı. Sadəcə, efirə çıxdığım üçün onları çıxardıb, yerinə normal diş saldırdım. Amma bilirəm ki, qızıl diş insanın sağlamlığına çox xeyirdir. Hətta o vaxtı hamıda yalnız qızıl dişlər olub. Hətta Rihanna da qızıl diş saldırıb. 2 aydan sonra bütün dişlərimi qızıl etdirəcəm. İlk olaraq da sizin verilişinizə gələcəm".

Milli.Az-a açıqlama verən müğənni onu da əlavə edib ki, qızıl diş saldırmaq istəyi onda çoxdan var:

"Çoxdandır istəyirdim ki, qızıl dişlər saldırım. Sadəcə, vaxtım olmadığı üçün bu işi bir az ertələyirdim. Mən həmişə dəbi qabaqlamışam. Qorxuram ki, mənim qızıl dişlərimdən sonra bütün şou-biznes qızıl dişlər saldırsın. Artıq dünya ulduzları da qızıl diş saldırmağa başlayıb (gülür).

Milli.Az




Geri dön