Ana Sayfa > Karusel / Hadisə > Silahla ehtiyatsız davrandı, həyatını itirdi

Silahla ehtiyatsız davrandı, həyatını itirdi


20-09-2016, 18:31. Yazar: Xeberaz
Silahla ehtiyatsız davrandı, həyatını itirdi

Bərdə sakini odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Şirinov Muxtar Cavanşir oğlu odlu silahla ehtiyatsız davrandığından güllə yarası alıb.

Ov tüfəngindən açılan atəş onun qarın boşluğuna dəyib. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri dön