Ana Sayfa > Karusel / Hadisə / Dünya > Bomba zənn etdilər, cadu çıxdı

Bomba zənn etdilər, cadu çıxdı


20-09-2016, 10:08. Yazar: Xeberaz
Bomba zənn etdilər, cadu çıxdı

Türkiyədə partlayıcı zənn edilən paketdən cadu çıxıb.

"Xəbəraz.az " xarici mətbuata istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.

Məlumata görə, reklam lövhəsi asmağa çalışan işçilər səkinin altında basdırılmış bir paket tapıblar. Onlar paketdə partlayıcı olduğunu düşünərək polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan bomba mütəxəssisləri tərəfindən araşdırılan paketdən parçaya bükülərək maqnitə yapışmış mismar, mis məftil, qurd dişi və yazılı kağız çıxıb.

Cadu məqsədilə hazırlandığı bildirilən paket mütəxəssislər tərəfindən ərazidən uzaqlaşdırılıb.


Geri dön