Ana Sayfa > Karusel / Maraqlı / İbadət > Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr
Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr20-09-2016, 09:32. Yazar: Xeberaz |
Xəstəliklərin bir çox amilləri vardır. Ayətullah Cavad Amuli bu amilləri iki hissəyə bölmüşdür: maddi və qeyri-maddi. Burada maddi amillərə toxunaq. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! 9 şey yaddaşsızlıq mənbəyidir. Turş alma yemək, keşniş, pendir, siçanın dişlədiyini yemək, qəbirlərin üzərindəki yazıları oxumaq, iki qadının arasında yol getmək...". Həmçinin buyurur: "Suyu içən zaman soraraq için. Bir dəfəyə başınıza çəkməyin. Çünki böyrəklərin narahatlıq mənbəyi olar". Həzrət Peyğəmbər (s) buyurur: "Günəş altında əyləşməkdən çəkinin, Çünki paltarı cürüdər, bədəni pis iyli edər və gizli xəstəlikləri aşkar edər". "Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, Həzrətin burada buyurduğu günəş vurmasıdır. Yəni, günəş şüasının insana ziyan vurduğu zaman və məkanlara aiddir. İmam Əli (ə) buyurur: "O kəs ki, müxtəlif yemək istəklərini qəlbinə əkər, müxtəlif dərdlər meyvəsini toplayar. Həyatı yemək üçün istəmə, yeməyi həyat üçün istə". Həmçinin buyurur: "Nə zaman ət alsan, onun vəzilərini çıxardın". İmam Sadiq (ə) buyurur: "Duzlanmış və günəşdə qurudulmuş əti yemək bədəni məhv edər". Həmçinin onu tez qocalmanın amili kimi tanıtmışdır. Həzrət (ə) həmçinin buyurur: "Üç şey bədəni əldən salar, hətta çox vaxt ölümünə səbəb olar. Dolu qarınla hamama daxil olmaq...". Həmçinin nəql edilir: "Hər kim yeməyi çox yeyərsə, bədəni xəstə olar və qəlbi daşlaşar". İmam Sadiq (ə) buyurur: "Üç şeyi davamlı yemək insanı arıqladar: yumurta, balıq və xurma qönçəsi". İmam Sadiq (ə) buyurur: "Hamamda saçları daramaq saçları zəif edər". İmam Rza (ə) buyurur: "O kəs ki, mədəsindən azar görmək istəmirsə, yeməyin üstündən su içməsin. Hər kim belə edərsə, bədəni rütubətli və mədəsi zəif olar". Həmçinin Həzrət (ə) buyurur: "Yumurtanı balıq ilə yemək diş ağrısı, qulunc, podaqra xəstəliyi gətirər". İmam Rza (ə) yenə buyurur: "Əti bişməmiş yemək qarında qurd yaradar". Geri dön |