Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropa İttifaqı Azərbaycana pul ayıracaq

Avropa İttifaqı Azərbaycana pul ayıracaq


19-09-2016, 21:32. Yazar: Xeberaz
Avropa İttifaqı Azərbaycana pul ayıracaq

Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.

Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək.
Geri dön