Ana Sayfa > Karusel / Hadisə / Maraqlı > Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi

Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi


19-09-2016, 18:37. Yazar: Xeberaz
Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi

Mahaçqaladan olan gənc ixtiraçı Eldar Klıçev namazda səcdə hərəkətlərini sayan sensorlu xalça ixtira edib.

"Xəbəraz.az " avropa.info-ya istinadən xəbər verir ki, xalça namazın rükətlərində səhv etməməyə kömək edir. Xalçanın baş tərəfinə tikilən qurğu başın hər ikinci toxunuşunu rəqəm kimi daxil edir və ekranda göstərir. Namaz qılan şəxs düzgün namaz istiqaməti almadığı halda sensorlar vibrasiya edərək, xəbərdarlıq siqnalı verir.

İxtiraçı deyib ki, o, özü namaz qılarkən dəfələrlə rükətlərin sayında səhv edib. Artıq 50 xalça sata bilib və Dağıstan, Səudiyyə Ərəbistanı imamlarının razılığını alıb.

"Yer üzündə 1,6 milyard müsəlman yaşayır. Mənim hədəfim bu bazarın 1%-ni əhatə etməkdir, yəni 17 milyon nəfəri", - deyə Eldar Klıçev bildirib.

Geri dön