Ana Sayfa > Karusel / Siyasət / Dünya > FETÖ-çu general əsgərləri ölümə belə göndərib

FETÖ-çu general əsgərləri ölümə belə göndərib


19-09-2016, 15:01. Yazar: Xeberaz
FETÖ-çu general əsgərləri ölümə belə göndərib


Türkiyə Silahlı Qüvvələrinin briqada generalı Əli Osman Gürcanın 15 iyul dövlət çevrilişinə cəhddən xeyli əvvəl orduya xəyanət etdiyi ortaya çıxıb.

"Xəbəraz.az " xəbər verir ki, qanlı çevriliş cəhdindən 4 ay əvvəl baş verən bu hadisə zamanı xain general 17 hərbçini bilə-bilə ölümə göndərib.

Belə ki, Şırnakda PKK-ya qarşı təşkil olunan əməliyyat zamanı içində partlayıcı olan bina əməliyyat xəritəsində “P368” kodu ilə işarələnib. Ancaq general binanın üzərindəki kodu əməliyyat xəritəsindən silib.

Bütün bunlardan xəbərsiz olan 17 hərbçi həmin binaya daxil olarkən terrorçular bombanı işə salıb. Nəticədə 1 hərbçi həlak olub, 8 nəfər yaralanıb.

Hadisədən sonra jandarma qüvvələri ilə general arasında qarşıdurma da yaranıb. Qərargahda təşkil edilən toplantı zamanı şəxsi heyət generala “Niyə bomba olduğunu dediyimiz yerə hərbçiləri göndərdiniz? Ya çox mühüm əməliyyatdır, ya da siz xainsiniz”, - deyib.axar.az
Geri dön