Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakı-Sumqayıt yolu nə vaxt açılacaq? - VİDEO

Bakı-Sumqayıt yolu nə vaxt açılacaq? - VİDEO


18-09-2016, 22:17. Yazar: Xeberaz
Bakı-Sumqayıt yolu nə vaxt açılacaq? - VİDEO

Bakı-Sumqayıt yolu boyunca uzun tıxac yaranıb, avtomobillər addım-addım hərəkət edir. Görüntülər Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalından Xırdalan dairəsinə qədər olan hissəsindəndir. Buna səbəb Bakı-Sumqayıt yolunun səhər saatlarından bağlanmasıdır.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən xəbər verir ki, ərazidə tikintinin həyata keçirən şirkətin rəhbəri bildirir ki, yolu tez açılması üçün işlər bütün sürəti ilə davam etdirilir.

Bakı-Sumqayıt şossesindən istifadə edən minlərlə sürücünü isə hazırda bir sual maraqlandırır. Yolda hərəkət nə vaxt bərpa olunacaq?

Onu da qeyd edək ki, sabah səhər saatlarına qədər Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər Xırdalan dairəsindən Masazır dairəsinə qədər olan hissəsədən istifadə edə bilməyəcəklər. Buna görə həmin istiqamətə hərəkət edən sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyyə olunur.


Geri dön