Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Nyu-Yorkda partlayış: 29 yaralı - YENİLƏNİB - VİDEO

Nyu-Yorkda partlayış: 29 yaralı - YENİLƏNİB - VİDEO


18-09-2016, 16:58. Yazar: Xeberaz
Nyu-Yorkda partlayış: 29 yaralı - YENİLƏNİB - VİDEO

11:44

ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib. Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır. Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı.

-----------

11:26



---------

09:05

ABŞ-ın Nyu York şəhərində güclü partlayış baş verib. Partlayışa səbəb partlayıcı qurğu olub.

Trend TASS-a istinadən xəbər verir ki, xəsarət alanların sayı 29 çatıb.

Şəhər polisin rəhbəri bildirib ki, yaralılardan birinin vəziyəti ağırdır.


Geri dön