Ana Sayfa > Karusel / Siyasət / Dünya > Türkiyədə çevriliş ona görə baş tutmadı ki... - Jirinovski

Türkiyədə çevriliş ona görə baş tutmadı ki... - Jirinovski


17-09-2016, 21:20. Yazar: Xeberaz
Türkiyədə çevriliş ona görə baş tutmadı ki... - Jirinovski


Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayandığını iddia edib.

"Xəbəraz.az " xəbər verir ki, siyasətçi Moskva-Ankara yaxınlaşmasının iki ölkəni daha da gücləndirəcəyini deyib:

“ABŞ hərbi çevrilişlə Ərdoğanı devirməyə çalışdı. Daha öncəki 4 çevriliş də belə olub. Ancaq beşinci uğurlu olmadı. Çünki Ərdoğan güclü liderdir”.

Jirinovski ölkəsinin xarici siyasətdə Şərq-Qərb yox, Cənub-Şimal bölgüsünə əhəmiyyət verməli olduğunu vurğulayaraq, Rusiya, Türkiyə, İran, Suriya və İraqdan ibarət koalisiya qurulmasını təklif edib.
Geri dön