Ana Sayfa > Karusel / Maraqlı > Bu batareya 400 il işləyəcək - Alimlərin yeni kəşfi

Bu batareya 400 il işləyəcək - Alimlərin yeni kəşfi


17-09-2016, 18:11. Yazar: Xeberaz
Bu batareya 400 il işləyəcək - Alimlərin yeni kəşfi

Kaliforniya Universitetinin komandası uzun müddət işləyən akkumulyator yaradıb. Alimlərin sözlərinə görə, nanobatareya təsadüfən yaradılıb və əsas özəlliyi odur ki, 200 min dəfə enerji ilə doldurula bilər.

"Xəbəraz.az "AzərTac-a istinadən xəbər verir ki, həmin nanobatareya universitetin aspirantı tərəfindən yaradılıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən ora pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Çoxlu sayda enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib.

Belə ki, adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerji doldurmaya hesablandığı halda, yeni yaradılmış batareya təxminən 400 il işləyəcək.

Hələ ki, nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.
Geri dön