Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > “Sədərək Ticarət Mərkəzi”ndən biabırçı görüntülər — VİDEO

“Sədərək Ticarət Mərkəzi”ndən biabırçı görüntülər — VİDEO


17-09-2016, 16:43. Yazar: Xeberaz
“Sədərək Ticarət Mərkəzi”ndən biabırçı görüntülər — VİDEO

2009-cu ilin aprel ayında Lökbatana qəsəbəsinə köçürülən və burada tikilən ticarət mərkəzində planlama və infrastruktur işləri bərbad qurulduğundan hər dəfə yağış yağan kimi bazar sözün əsl mənasında gölməçəyə çevrilir.

Oxucumuzun bu gün ölkə ərazisində yağan yağışdan sonra bazarda lentə alaraq Ölkə.Az saytına göndərdiyi videodan da göründüyü kimi, ticarət mərkəzində su-kanalizasiya xətləri normal işləmədiyi üçün sahibkarlara ciddi maddi zərər dəyib. Həmçinin bazara gələn müştərilər də dizlərinə qədər suya batıblar.

Xatırladaq ki, “Sədərək TM” şəhərdən 30 dəqiqəlik məsafədə İpək yolu şosesində yerləşir. Ticarət Mərkəzi topdan və pərakəndə satış mağazaları, anbarlar, kargo terminalları, kafe, restoran və s. fəaliyyət göstərir.






Geri dön