Ana Sayfa > Karusel / Hadisə / Maraqlı > İsanın gəlişini azərbaycanlılar xəbər verib

İsanın gəlişini azərbaycanlılar xəbər verib


17-09-2016, 16:02. Yazar: Xeberaz
İsanın gəlişini azərbaycanlılar xəbər verib


Yazıçı Həmid Herisçi İsa peyğəmbərlə bağlı olan bir faktın dünya çapına çıxdığı surətdə Azərbaycana böyük nüfuz gətirəcəyini qeyd edir.

Onun feysbuk səhifəsində yazdığı həmin fakt İsa peyğəmbəri aşkarlayan münəccimlərin azərbaycanlılar olmasıdır. Yazıçı bu iddiasını böyük səyyah Marko Poloya istinadən irəli sürür:

Moderator.az həmin faktı təqdim edir:

“Məşhur səyyah Marko Polo, İsa peyğəmbəri aşkarlayan münəccimlər barədə danışarkən xüsusi olaraq Azərbaycanın adını çəkir. Qeyd edir ki, İsanı aşkarlamış münəccimlər məhz Azərbaycan mənşəliydilər. Kitabda deyilir: “İrəlidə, üç günlük yol məsafəsində “Qala Ataperistan” adlı bir qəsr var. Fransızca bu “atəşpərəstlər qalası” mənasını verir. Sakinləri oda sitayiş edirlər. Buranın üç hökmdarı vaxtiylə göydə İsanın ulduzunu tapırlar. Ulduzu təqib edərək gəlib yetişirlər İsanın doğulduğu dəqiq ünvana”.
Geri dön