Ana Sayfa > Karusel / Şou-Biznes / Təbriklər > Aparıcı Samira üçün özəl gün

Aparıcı Samira üçün özəl gün


17-09-2016, 15:36. Yazar: Xeberaz
Aparıcı Samira üçün özəl gün

Bu gün tanınmış aparıcı Samira Hacızadənin ad günüdür.

"Xəbəraz.az " xəbər verir ki, 29 yaşı tamam olan cazibədar aparıcı təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, aparıcılar, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım. Təəssüf, işlərimə görə, bu il doğum günümü təmtəraqlı keçirməyəcəm. Dostlarıma söz verirəm, gələn il maraqlı 30-illik yubiley yaşını keçirəcəm".
Qeyd edək ki, 2014-cü ildə aparıcı Samira Hacızadə "Miss Eurovision 2014” gözəllik müsabiqəsinin və Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə model qızlar arasında mini futbol oyununun təşkilatçısı və aparıcısı olmuşdur.
Geri dön