Ana Sayfa > Karusel / Gündəm > Hadi Rəcəbli: “Dilənçilik biznesi meydana gəlib”

Hadi Rəcəbli: “Dilənçilik biznesi meydana gəlib”


16-09-2016, 20:13. Yazar: Xeberaz
Hadi Rəcəbli: “Dilənçilik biznesi meydana gəlib”

Son zamanlar paytaxt küçələrində dilənçilərin sayı artıb

Ancaq onların bəziləri, təmiz geyimləri, mədəni danışığı ilə fərqlənir.

Onlar insanlara yaxınlaşır, pul qabının evdə qaldığını, ayaqlarının şişdiyini və digər sözlərdən istifadə edərək 1 manat istəyirlər. 1 manatdan aşağı məbləğli pullara isə demək olar ki, yaxın durmurlar.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a fikirlərini bildirib.

Deputatın sözlərinə görə, son vaxtlar Bakıda dilənçilik biznesi meydana gəlib.

“ Bu adamlar nəyəsə ehtiyacı olduqları üçün deyil, dilənçilik biznesinin nümayəndəsi kimi pul dilənirlər. Onlara şəhərin hər yerində rast gəlmək olur. Özlərini Qarabağ əlili, az təminatlı ailələr kimi göstərərək və yaxud ailələrində xəstənin olduğunu bildirərək pul dilənirlər. Onlara qarşı hüquq-mühafizə orqanları xüsusi tədbirlər görür, dilənçiliyin qarşısını almaq üçün müəyyən addımlar atılır”.

Hadi Rəcəblinin sözlərinə görə, Azərbaycana çox sayda turist gəlir, ona görə də belə neqativ halların qarşısının alınması vacibdir.

“Ancaq bu, təkcə hüquq-mühafizə orqanlarının işi deyil, əhalimiz də dilənçilərə pul verməməli və onlarla mübarizə aparmalıdır. Bu məsələ mətbuatda işıqlandırılmalı, dilənçilərin şəkilləri çəkilib saytlarda nümayiş etdirilməlidir ki, hamı tanısın”.

Geri dön