Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub

Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub


16-09-2016, 10:42. Yazar: Xeberaz
Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub

Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub

Türkiyənin Ağrı əyalətinin Doğubayazit və Van əyalətinin Çaldıran rayonları arasında yerləşən Tendürek dağının ətəyindəki Gökçəbulak kəndində terrorçu PKK qruplaşmasının hücumu nəticəsində 9 nəfər şəhid olub, 3 nəfər yaralanıb.

"Report" Haberler-ə istinadən xəbər verir ki, bu açıqlamanı Ağrı valiliyi yayıb.

Şəhid olanlardan 7-si kənd qoruyucuları, biri çavuş, biri əsgərdir. 3 hərbçi və 2 mülki vətəndaş yaralanıb.

Terrorçuların müəyyən edilən atəş nöqtələrinə top atılıb. Bölgədə antiterror əməliyyatı aparılır.
Geri dön