Ana Sayfa > Karusel / Hadisə > 3 uşaq KFC-də yeməkdən zəhərləndi - FOTO

3 uşaq KFC-də yeməkdən zəhərləndi - FOTO


15-09-2016, 21:01. Yazar: Xeberaz
3 uşaq KFC-də yeməkdən zəhərləndi - FOTO

Məşhur restoranlar şəbəkəsi KFC-də 3 uşaq yeməkdən zəhərlənib.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, hadisə restoranlar şəbəkəsinin 28 may metrostansiyasının yaxınlığındakı şöbəsində baş verib.

Bu barədə uşaqların valideynləri məlumat veriblər. Onların sözlərinə görə, uşaqlar dünən günorta saatlarında adıçəkilən restoranda yemək yeyiblər. Axşam saatlarında isə hər üçünün vəziyyəti pisləşib.

Bu gün səhər saatlarında xəstəxanaya aparılan uşaqların zəhərləndiyi məlum olub. Onların vəziyyəti hazırda ağırdır.

3 uşaq KFC-də yeməkdən zəhərləndi - FOTO
Geri dön