Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Manat sürətlə möhkəmlənir – Məzənnə

Manat sürətlə möhkəmlənir – Məzənnə


15-09-2016, 10:25. Yazar: Xeberaz
Manat sürətlə möhkəmlənir – Məzənnə


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ dolları sentyabrın 14-ü ilə müqayisədə 0,1% azalaraq 1,6375 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8409 manat olub.

1 rus rublu ötən günlə müqayisədə 0,4% azalaraq 0,0251 manat, 1 türk lirəsi 0,11% azalaraq 0,5490 manat təşkil edib.

Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7089 manat təşkil olub.
Geri dön