Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşub - FOTO

Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşub - FOTO


15-09-2016, 01:53. Yazar: Xeberaz
Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşub - FOTO
Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub. İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.
Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin "Nissan", "Lexus", "Priora", BMW və 4 digər avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.

Bakıda zəncirvari qəza: 12 avtomobil toqquşub - FOTO

Geri dön