Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Azərbaycanda daha 2 bankın ləğvi həyata keçiriləcək

Azərbaycanda daha 2 bankın ləğvi həyata keçiriləcək


14-09-2016, 23:10. Yazar: Xeberaz
Azərbaycanda daha 2 bankın ləğvi həyata keçiriləcək

Azərbaycanın bağlanmış daha 2 kommersiya bankının ləğvi "Texnikabank" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti 16 ünvandakı inzibati binada həyata keçiriləcək. Söhbət "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərdən gedir

Bu barədə "Report"a bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.

Sözügedən ünvan hazırda ADİF-in ikinci ofisi kimi fəaliyyət göstərir.

Banklardan biri - "Qafqaz İnkişaf Bankı" bu gündən həmin ofisə köçüb. Yaxın günlərdə "Atrabank"ı da ora köçürüləcək. Həmin bankların əmanətçilərinə kompensasiya ödənişi də daxil olmaqla bütün məsələlər ADİF-in ikinci ofisində həll olunacaq.

Xatırladaq ki, bundan əvvəl "Kredobank" və "Bank of Azerbaijan" ASC-lərin də Fondun ikinci ofisində ləğv edilməsi qərara alınıb və bağlanmış banklar Babək prospektinə köçürülüb. Bu ünvanda eyni zamanda "Texnikabank"ın ləğv edilməsi prosesi gedir.




Geri dön