Ana Sayfa > Karusel / Hadisə > Bakıda toyda dava düşdü - Qonağı çəngəllə vurdular... - VİDEO
Bakıda toyda dava düşdü - Qonağı çəngəllə vurdular... - VİDEO14-09-2016, 21:25. Yazar: Xeberaz |
Bakıda toy məclisi qanlı sonluqla bitib. Toy məclisinin sonunda qonaqlar arasında dava düşüb. Hadisə ötən gecə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq sarayında baş verib. Şadlıq sarayının içərisində başlayan dava sonradan bayırda davam etdirilib. Qonaqlar şadlıq sarayının qarşısındakı parkda əlbəyaxa olublar. Məclis iştirakçıları onları ayırıblar. Dava edən şəxslərin biri qan içərisində olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, ona çəngəllə xəsarət yetiriblər. Lakin davanın hansı səbəbdən baş verməsi məlum olmayıb. Əraziyə polis əməkdaşları gəlməyib. /Criminal.az Geri dön |