Ana Sayfa > Karusel / Siyasət / Dünya > "İqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir" - Ermənistanın yeni baş naziri

"İqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir" - Ermənistanın yeni baş naziri


14-09-2016, 21:14. Yazar: Xeberaz
"İqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir" - Ermənistanın yeni baş naziri

Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, K.Karapetyan bu barədə parlamentdə çıxış edib: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil. Amma biz iqtisadiyyatın inkişaf istiqamətlərini tapacağıq".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 13-də K.Karapetyanı istefaya getmiş baş nazir Ovik Abramyanın postuna təyin edib".




Geri dön