Ana Sayfa > Karusel / Gündəm > Səhər 10-dan qaz olmayacaq

Səhər 10-dan qaz olmayacaq


14-09-2016, 21:05. Yazar: Xeberaz
Səhər 10-dan qaz olmayacaq

Sentyabrın 15-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Xəbəraz.az " SOCAR-a istinadən məlumat verir ki, təmir müddətində Bakının Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


Geri dön