Ana Sayfa > Karusel / Hadisə > Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

Bulvarda gənc qızla oğlan özünü dənizə atdı


14-09-2016, 20:08. Yazar: Xeberaz
Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub. "Xəbəraz.az "-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisində (“Park Bulvar”ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.

Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində (“Mirvari” kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O ilkin ifadəsində həyatdan bezdiyini deyib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Geri dön