Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > Türkiyə nəhənginə transfer qadağası qoyula bilər

Türkiyə nəhənginə transfer qadağası qoyula bilər


20-05-2015, 19:02. Yazar: Fehrad
Türkiyə nəhənginə transfer qadağası qoyula bilər





“Trabzonspor” klubu gələn mövsüm Avrokubokdan kənarda qala bilər. Xeberaz.az Apasport.az saytının məlumatına istinadən xəbər verir ki, hazırda Superliqada 6-cı pillədə qərarlaşan və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “bordo-mavililər”i ciddi sanksiya gözləyir.

Hazırda maliyyə problemi yaşayan “Trabzonspor” 3 aydı ki, nə futbolçulara, nə də digər işçilərə maaş verə bilir. Klubdakı bütün əcnəbilərin müqaviləsində isə “3 ay maaş ödənilməsə, avtomatik olaraq azad agent statusu daşıyacaq” maddəsi yer alıb

FİFA-nın nizamnaməsinə görə, hazırda Trabzon klubunun bütün əcnəbiləri azad agent statusuna malikdi və istədikləri vaxt komandanı tərk edə bilərlər. “Trabzonspor”da yer alan əcnəbilər isə bunlardı: Karl Medyani, Essaid Belkalem, Joze Bosinqva, Kevin Konstant, Mustafa Yatabare, Oskar Kardozo və Marin Majed.

Superliqa klubunun ciddi böhranla üzləşməsi UEFA-nın da diqqətindən yayınmayıb. Maddi məsələdə güzəşt etməyən qitə futbol qurumu vəziyyətin düzəlməyəcəyi təqdirdə kluba transfer qadağası qoyacaq. Bu isə “Trabzonspor”un Avrokubokdan da kənarda qalması ilə nəticələnə bilər.
Geri dön