Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > "Mister Caucasus Azerbaijan 2016 " PR menecerlə iş birliyinə başladı - FOTO

"Mister Caucasus Azerbaijan 2016 " PR menecerlə iş birliyinə başladı - FOTO


13-09-2016, 21:32. Yazar: Xeberaz

 "Mister Caucasus Azerbaijan 2016 " PR menecerlə iş birliyinə başladı - FOTO

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən PR menecer Elton Hacıyev model - biznesdə daha bir model ilə çalışmağa başlayıb.

Bu barədə "Xəbəraz.az "-a Elton Hacıyevin özü məlumat verib. O, "Mister Caucasus" Azerbaijan 2016 gözəllik müsabiqəsinin finalisti Novruz Dadaşov ilə çalışacağını deyib: “Şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam.

Bir çox məşhur simaları ilə də işbirliyimiz davam edir. Eyni zamanda, Novruzla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.

Yaraşıqlı model Novruz Dadaşov da E.Hacıyevlə işbirliyindən danışıb: “Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn modellərdən deyiləm. Sadəcə, müəyyən səbəblərlə əlaqədar olaraq yaradıcılığıma fasilə verdim, indi isə yenidən sənətimə start verirəm”.
Geri dön