Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > "Şəhid ailələrinə niyə pay göndərim?" - SƏMƏD SƏMƏDOV

"Şəhid ailələrinə niyə pay göndərim?" - SƏMƏD SƏMƏDOV


13-09-2016, 18:44. Yazar: Xeberaz
"Şəhid ailələrinə niyə pay göndərim?" - SƏMƏD SƏMƏDOV
Azərbaycanda Qurban Bayramı qeyd olunur. Həmişə Qurban bayramında tanınmışların imkansızlara, şəhid ailələrinə dəstək olması cəmiyyəti maraqlandırır.

"Xəbəraz.az " xəbər verir ki, bu dəfə də Aznews.az portalı bir neçə müğənni arasında sorğu keçirib ki, “Bəs sənət adamları bu bayramda qurban kəsibmi? O siyahıda şəhid ailələri də nəzərdə tutulubmu?”

Xalq artisti Səməd Səmədov bu suallara olduqca qeyri-adi cavabı ilə seçilib. S.Səmədov deyib ki,
“Mən Qurban Bayramını gözləmirəm. Artıq 25 ildir ki, Ramanadakı əlillər, Bilgəhdəki “Qocalar evi”nə gedirəm. Bundan əlavə, 1 saylı uşaq evinə baş çəkirəm. Vaxtlı-vaxtında gedib bu məkanları ziyarət edirəm. Fatmai Məscidinə də gedib bayram paylarını verirəm. Dünən bu məkanların hamısına baş çəkdim. Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?!”
Geri dön