Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Dəmir çənlərdən su içməyin – Video

Dəmir çənlərdən su içməyin – Video


13-09-2016, 09:29. Yazar: Xeberaz
Dəmir çənlərdən su içməyin – Video
İllərlə təmizlənməyən dəmir çənlər sağlamlıq üçün ciddi təhlükədir.

Dəmir çənlərdən istifadə edənlərin sayı ölkədə kifayət qədərdir. Xüsusi ilə bina evlərində qoyulan çənlərin əksəriyyəti ümumiyyətlə təmizlənmir.

Həkimlər isə bunun insan sağlamlığı üçün böyük təhlükə olduğunu deyir. "Xəzər xəbər"in məlumatına görə, belə sulardan istifadə, xüsusilə də uşaqlarda, imunitet sistemində dəyişikliyin yaranmasına və mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Mütəxəssislər vətəndaşlara çənin içərisində suyu bir gündən artıq saxlamamağı, eləcə də 15 gündən bir su çənlərini təmizləməyi tövsiyyə edirlər.
Geri dön