Ana Sayfa > Karusel / İdman / M2 > Fransada futbolçu meydanda dünyasını dəyişib

Fransada futbolçu meydanda dünyasını dəyişib


13-09-2016, 00:50. Yazar: Xeberaz
Fransada futbolçu meydanda dünyasını dəyişib
Fransa Kubokunun üçüncü raundunun oyununda “Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme dünyasını dəyişib.

"Xəbəraz.az " “Gazeta.ru”-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.

Həkimlər futbolçuya meydanda tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib.
Geri dön