Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > “Samsung” 22 milyard dollar itirdi - SƏBƏB

“Samsung” 22 milyard dollar itirdi - SƏBƏB


13-09-2016, 00:14. Yazar: Xeberaz
“Samsung” 22 milyard dollar itirdi - SƏBƏB
“Samsung Electronics” şirkətinin səhmlərinin bazar dəyəri bir çox aviadaşıyıcılar tərəfindən “Galaxy Note 7” flaqman smartfonunun istifadəsinə qadağa qoymasında sonra kəskin düşüb.

Şirkət təcili olaraq “Galaxy Note 7” smartfonundan istifadəyə qadağa qoyub.

Bütün bunlar “Samsung Electronics” üçün kritik bir anda baş verib. Şirkət özünün yeni smartfonunu ötən ay təqdim edib və yeni “Apple iPhone 7”nin çıxmasını qabaqlamağa çalışıb. Ancaq “Apple” qarşısındakı bütün üstünlükləri itirib. Hazırkı anda şirkət bazar qiymətinin 22 milyard dollarını itirib.

“IBK Securities Co” şirkətinin analitiki Li Sunq Vu bildirib ki, “Samsung” bu vəziyyəti bacardığı qədər tez bir müddətdə həll etməlidir və müştəriləri sakitləşdirmək üçün hər bir “Galaxy Note 7” smartfonunu dəyişdirməlidir.

“Bloomberg Intelligence” şirkətinin analitiki Con Batlerin fikrincə, “Samsung”un narahatlıqları “Apple” şirkəti üçün pozitiv hadisədir.

Qeyd edək ki, uçuş zamanı “Samsung Galaxy Note 7”nin istifadəsinə qadağanı demək olar ki, dünyanın bütün iri aviadaşıyıcıları tətbiq ediblər.
Geri dön