Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı həkimlərin "3 ay ömrü qalıb" dedikləri uşaq Ukraynada sağaldı - FOTO

Azərbaycanlı həkimlərin "3 ay ömrü qalıb" dedikləri uşaq Ukraynada sağaldı - FOTO


12-09-2016, 23:17. Yazar: Xeberaz
Azərbaycanlı həkimlərin "3 ay ömrü qalıb" dedikləri uşaq Ukraynada sağaldı - FOTO

Azərbaycanda 3 ay ömrü qaldığı deyilən xəstə Ukraynada uğurlu əməliyyat keçirib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə qaynarinfo.az-a keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov məlumat verib.

Belə ki, Ukraynaya səfər etmiş Nazim Məmmədov geri dönərkən bir neçə ay bundan əvvəl Neftçilər Xəstəxanasında "3 ay ömrü qalıb” deyə diaqnoz qoyulan Aydan İbrahimli və onun valideynləri ilə yol yoldaşı olub. "Onun müalicəsi üçün Neftçilər Xəstəxanasına müraciət olunub. Bildirilib ki, onun xəstəliyi nadir ürək xəstəliklərindədndir və təklif olunub ki, onun ürəyinə süni klapan qoyulsun. Klapan da üç ildən bir dəyişdirilməlidir. Yəni azyaşlı uşaq hər üç ildən bir yeni ürək əməliyyatı keçirməli imiş.

Bundan sonra Aydanın valideynləri Mərkəzi Klinik Xəstəxanada təcrübə keçən isveçrəli hıkimə müraciət ediblər. İsveçrəli həkim onları Ukraynaya dəvət edib, ukraynalı həkimlə birlikdə Aydanı əməliyyat ediblər. Və əməliyyat uğurla başa çatıb, hazırda vəziyyəti normaldır".
Keçmiş deputat Aydanın valideynlərinə istinadən bildirib ki, əməliyyat xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanıb.
Geri dön