Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Gəncə sakininin evində qumbara tapıldı - Foto

Gəncə sakininin evində qumbara tapıldı - Foto


12-09-2016, 14:50. Yazar: Xeberaz
Gəncə sakininin evində qumbara tapıldı - Foto
Qumbara gəzdirən Gəncə sakini saxlanılıb.

"Xəbəraz.az " Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Sənan İbrahimovun qanunsuz silah-sursat saxlaması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları S.İbrahimovu yaşadığı binanın qabağında saxlayıblar. Onun üzərindən tapança və 8 patron aşkarlanıb.

İbrahimovun yaşadığı mənzilə baxış keçirilən zaman orada da döyüş üçün yararlı olan əl qumbarası aşkarlanıb.
Hələlik silahların hansısa cinayət əməlində istifadə olunub-olunmaması məlum deyil. Saxlanılan S.İbrahimov bildirib ki, tapançanı Rusiyadan gətirib, qumbaranı isə məhlədən tapıb.

S.İbrahimov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Geri dön