Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Heydər Əliyev Fondundan xərçəngdən əziyyət çəkən rejissora - Dəstək

Heydər Əliyev Fondundan xərçəngdən əziyyət çəkən rejissora - Dəstək


12-09-2016, 14:00. Yazar: Xeberaz
Heydər Əliyev Fondundan xərçəngdən əziyyət çəkən rejissora - Dəstək
Heydər Əliyev Fondu məşhur rejissor Şahin Zəkizadənin ilkin müalicə mərhələsinə yardım göstərəcək.

Bu barədə “Qafqazinfo”ya Tibb Universitetinin Tədris Terapevtik Klinikasından məlumat daxil olub.

Məlumatda bildirilir ki, leykozun kəskin forması diaqnozu qoyulan Şahin Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub: “Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcəyini bildirib”.

Qeyd edək ki, məlumatı Heydər Əliyev Fondu təsdiq edib.
Geri dön