Ana Sayfa > Karusel / Hadisə / M2 > Ermənilər atəşkəsi 14 dəfə pozub

Ermənilər atəşkəsi 14 dəfə pozub


12-09-2016, 10:41. Yazar: Xeberaz
Ermənilər atəşkəsi 14 dəfə pozub
Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

"Xəbəraz.az " Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Geri dön