Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Tələbə yataqxanasının eyvanı uçdu – YARALILAR VAR

Tələbə yataqxanasının eyvanı uçdu – YARALILAR VAR


11-09-2016, 15:07. Yazar: Xeberaz
Tələbə yataqxanasının eyvanı uçdu – YARALILAR VAR

ABŞ-ın Konnektikut ştatında yerləşən Triniti kollecinin universitet şəhərciyi yaxınlığında evdə keçirilən əyləncə gecəsi zamanı mansardın uçması nəticəsində 40-a yaxın tələbə xəsarət alıb.

Mansard üç mərtəbə hündürlüyündə olub. Mansard aşağı - ikinci mərtəbənin eyvanı üzərinə, oradan isə onunla birgə yerə düşüb.
Polisin məlumatına görə, xəsarət alanların əksəriyyətinin zədəsi cüzidir və onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Eyvanı uçan ev Triniti kollecinin himayəçilərinə məxsusdur və 91 il öncə inşa olunub.
Geri dön