Ana Sayfa > Karusel / Maraqlı / İbadət > Valideyn öz uşağını vura bilərmi?

Valideyn öz uşağını vura bilərmi?


11-09-2016, 12:05. Yazar: Xeberaz
Valideyn öz uşağını vura bilərmi?

İslamda uşağa qarşı qəddar davranmaq, onu ağır cəzalandırmaq bəyənilmir. Müqəddəslərimizin hədislərində hətta uşağı müəyyən yaş dövrünə kimi azad buraxmaq, onun səhvlərini bağışlamaq tövsiyə olunur.

"Xəbəraz.az " islam.az-a istinadən bildirir ki, amma əlbəttə ki, zərurət halında mütləq valideyn məsələyə müdaxilə etməli və uşağın səhvini başa salmalıdır. Lakin bu zaman radikal, qəddar və kobud davranışdan çəkinmək lazımdır. Həddi aşmadan uşağı danlamağın, hədiyyədən məhrum etməyin, onunla bir müddət küsülü qalmağın eybi yoxdur. Hətta zərurət halında uşağı yüngülcə fiziki tənbehə məruz qoymağa da icazə verilir. Amma əvvəla, bu addım ən sonda, o biri tədbirlər fayda verməyəndə atılmalıdır. Həmçinin, bədəndə iz buraxan, qızartı, göyərmə, yara qoyan zərbələr qadağandır. Hətta əgər valideyn bunu etsə, uşağa diyə (cərimə) ödəməlidir. Əgər diyəni verməsə, uşaq böyüyüb həddi-büluğa çatandan sonra ondan halallıq almalıdır. Əks halda valideyn qiyamətdə bu əməlinə görə Allah dərgahında cavab verəcək.


Geri dön