Ana Sayfa > Karusel / Hadisə > Nərimanov rayonunda yenə bina yandı

Nərimanov rayonunda yenə bina yandı


11-09-2016, 11:07. Yazar: Xeberaz
Nərimanov rayonunda yenə bina yandı

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön