Ana Sayfa > Karusel / İbadət > Peyğəmbərlər Allahdan vəhyi hansı yolla alırdılar?

Peyğəmbərlər Allahdan vəhyi hansı yolla alırdılar?


10-09-2016, 21:26. Yazar: Xeberaz
Peyğəmbərlər Allahdan vəhyi hansı yolla alırdılar?

Peyğəmbərlər vəhyi müxtılif yollar və vasitələrlə alırdılar. Məsələn:

a) Bəzən peyğəmbərlər qeyb aləmindən səs eşidir, bu yolla Allahın əmrlərini əldə edirdilər (məsələn, Həzrət Musa (ə)).

b) Bəzən Allah öz məqsədini peyğəmbə¬rin qəlbinə fikir şəklində salırdı.

c) Bəzən peyğəmbərlərə yuxuda vəhy edilirdi. Məsələn, Həzrət İbrahim Peyğəmbər (ə) oğlu İsmaili (ə) qurban kəsmək barədə vəhyi yuxuda almışdı.

ç) Bəzən isə Allah vəhyi peyğəmbərlərə mələklərin vasitəsilə göndərirdi. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı.

"Xəbəraz.az " islam.az-a istinadən bildirir ki, Həzrət Musa (ə) ilk vəhyi yanan ağac vasitəsilə almışdı. Səhrada yanan bir ağac görmüş, ağacdan səs çıxaraq Allahın vəhyini ona söyləmişdi. Bundan əlavə, Həzrət Musanın (ə) Sina dağında da səs vasitəsilə Tövratı vəhy alması, onu lövhələrə köçürüb özü ilə camaata gətirməsi haqqında məlumatlar var. Allah Həzrət Musa (ə) ilə səs vasitəsi ilə rabitə qurduğuna görə o həzrətə "kəlimullah", yəni "Allahın danışdığı adam, Allahın həmsöhbəti" ləqəbini vermişlər.


Geri dön