Ana Sayfa > Karusel / Maraqlı > Qarını dümdüz edən çay

Qarını dümdüz edən çay


10-09-2016, 19:26. Yazar: Xeberaz
Qarını dümdüz edən çay

Qarın əridən çayın faydalarından biri tərkibində olan xiyar, zəncəfil və limon kimi qidalar sayəsində həzm fermentlərini işlətməsidir. "Xəbəraz.az " atv.az-a istinadən bildirir ki, yediklərinizi daha asan həzm etmənizə kömək edən göbək əridən çay, eyni zamanda uzun müddət toxluq hissi verir.

Vəsaitlər:

1 ədəd doğranmış xiyar

1 ədəd şirin qaşığı rəndələnmiş təzə zəncəfil

1 ədəd dilimlənmiş limon

10-12 budaq təzə nanə

1 litr su (otaq istiliyində)

Hazırlanması:

Qarın əridən çayın tam olaraq işə yaraması üçün gecə boyunca gözlədərək dəmlənməsi lazımdır. Bu səbəblə, çayınızı axşamdan hazırlamaq daha doğru olacaq.

Çayınız üçün şüşə bir dolçaya bütün vəsaitləri əlavə edin. Soyuducuda səhərə qədər gözlədin. Daha sonra səhər, günorta, axşam və ara paylarda olmaq üzrə bir böyük stəkan bu çaydan için.

Yatana qədər 1 litr çayı içmiş olun və axşam yenisini edərək bu cür davam edin. İstədiyiniz kiloya enənə qədər hər gün içə bilərsiniz.


Geri dön