Ana Sayfa > Karusel / Hadisə > Qazaxda dəhşətli QƏZA: Qadın və kişi maşında yandı - FOTO

Qazaxda dəhşətli QƏZA: Qadın və kişi maşında yandı - FOTO


10-09-2016, 14:27. Yazar: Xeberaz
Qazaxda dəhşətli QƏZA: Qadın və kişi maşında yandı - FOTO


Qazax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə rayonun Canallı kəndində qeydə alınıb.

Qazax şəhər sakini Amil Əhmədov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə sürücü A.Əhmədov və onun sərnişini Xəyalə Abbasova hadisə yerində ölüblər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.publika.az

Qazaxda dəhşətli QƏZA: Qadın və kişi maşında yandı - FOTO
Geri dön