Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda toyda dava - xarici vətəndaş xəsarət aldı

Azərbaycanda toyda dava - xarici vətəndaş xəsarət aldı


10-09-2016, 09:42. Yazar: Xeberaz
Azərbaycanda toyda dava - xarici vətəndaş xəsarət aldı

Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


Geri dön